YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İçərişəhərlə tanışlıq Malta Respublikasının Baş nazirində zəngin təəssürat yaradıb

Malta Respublikasının Baş naziri Cozef Muskat dekabrın 16-da İçərişəhərlə tanış olub.
Əvvəlcə Qız qalası ilə tanış olan qonağa abidənin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilib.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqda böyük maraq doğurub.
Elektromobillə gəzinti zamanı Baş nazirə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri var.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Cozef Muskat təndir çörəyinə qonaq edilib.
Malta Respublikasının Baş naziri ikimərtəbəli Karvansaray ilə də tanış olub.
Cozef Muskat “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilib.