YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Şurasının Parlament Assambleyasının məruzəçisi Milli Məclisdə olub

Dekabrın 16-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi üzrə” məruzəçisi Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.
Görüş zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə hazırlanacaq məruzə ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov xanım Milisa Markoviçə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan problemlər barədə məlumat verib. Sərsəng su anbarının Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri üçün yaratdığı fəlakətdən danışıb.
Səməd Seyidov hazırlanacaq məruzənin obyektiv və ədalətli olacağına əminliyini ifadə edib.
Milisa Markoviç Bakıda keçirdiyi görüşlərdə mühüm informasiyalar əldə etdiyini və məruzəsində reallıqları əks etdirməyə çalışacağını diqqətə çatdırıb.