YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Merilend ştatının Qida Bankına ianə edilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü çərçivəsində Merilend ştatının ən böyük xeyriyyə təşkilatı olan Merilend Qida Bankına (Maryland Food Bank) Azərbaycan tərəfindən ianə edilib.
Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov bankın hökumətlə əlaqələr üzrə direktoru Nensi Smitlə (Nancy K. Smith) görüşü zamanı bu xeyriyyəçilik aktının keçirilməsinin təsadüf olmadığını qeyd edərək, Ulu Öndərin sosial tərəqqiyə və xalqın rifahına daim böyük qayğı göstərdiyini bildirdi. E.Süleymanov Azərbaycan rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində iqtisadiyyatın gündən-günə inkişaf etdiyini və bunun nəticəsində ölkə əhalisinin yaşayış səviyyəsinin tədricən yaxşılaşdığını, yoxsulluq səviyyəsinin son 15-20 il ərzində kəskin enərək 6 faizdən aşağı olduğunu diqqətə çatdırdı. Bundan əlavə, Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyona qədər qaçqın və məcburi köçkünün hökumətin təşəbbüsü ilə həyata keçirilən proqramlar nəticəsində yeni evlərlə təmin olduqları barədə məlumat verdi.
N.Smit təmsil etdiyi təşkilat adından Azərbaycan Hökumətinə böyük minnətdarlığını bildirdi və Azərbaycanın Merilend Qida Bankına ikinci ildir ianə etməsini çox yüksək qiymətləndirildiyini söylədi. Eyni zamanda o, Merilend Qida Bankının fəaliyyətindən danışaraq 1979-cu ildən fəaliyyət göstərən bu xeyriyyəçi təşkilatı vasitəsilə hər il ehtiyacı olanlara minlərlə ton qida məhsulları paylandığını və bankın ştatda çox böyük nüfuza malik olduğunu söylədi.
Bundan sonra səfirə Merilend Qida Bankının anbarı göstərildi və ona burada aparılan fəaliyyət barədə məlumat verildi.