YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti  Nursultan Nazarbayevə Qazaxıstan xalqının milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Azərbaycan ilə Qazaxıstanı sıx qardaşlıq telləri, tarixən yaranmış dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bağlayır. Bu gün Sizin rəhbərliyinizlə qardaş Qazaxıstan ölkənin dünya birliyində nüfuzunun möhkəmləndirilməsi yolunda inamla irəliləyir. Bu yaxınlardakı görüşlərimizi və söhbətlərimizi yüksək qiymətləndirir və böyük səmimiyyətlə xatırlayıram.
Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişaf etməsi və möhkəmlənməsi, çoxplanlı qarşılıqlı əlaqələr və qarşılıqlı dəstək bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyinə xidmət edəcəkdir.
Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq, qardaş Qazaxıstan xalqına isə sülh və tərəqqi arzulayıram.”