YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Bu gün TANAP-ın ötürücülük qabiliyyətinin artırılması haqda danışmağa ehtiyac yoxdur

Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi bir neçə mərhələdə reallaşdırılacaq, ilkin mərhələdə ildə təxminən 23-24 milyard kubmetr qazın ötürülməsi artıq layihələşdirilib. TANAP Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsindən hasil ediləcək qaza hesablanan layihədir.

Bu fikirləri energetika naziri Natiq Əliyev jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
N.Əliyev qeyd edib ki, TANAP layihəsi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm layihədir. Bu layihənin büdcəsi, xərcləri, kapital qoyuluşları var və kəmərin ötürücülük qabiliyyəti əvvəlcədən hesablanıb. Azərbaycanın imkanı var ki, bir neçə ildən sonra kompressor stansiyaları tikməklə və yeni boru kəmərləri əlavə edərək bu qaz kəmərinin ötürücülük qabiliyyətini artırsın. Lakin bunun üçün resurs və qaz lazımdır. Bu həcm 35,53 milyard, hətta 65 milyard kubmetrə qədər artırıla bilər.
“Əgər Azərbaycan qazının həcmi artırılarsa, həmçinin 2021-2022-ci illərdə istismara verilməsi planlaşdırılan “Abşeron” yatağı və başqa yataqlar istifadəyə verilərsə, o zaman TANAP-ın ötürücülük qabiliyyətinin artırılması reallığa çevrilər. Bu gün isə bu haqda danışmağa ehtiyac yoxdur”, - deyə nazir əlavə edib.