YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Ulu öndər Heydər Əliyev hansı dövrdə fəaliyyət göstərməsindən asılı olmayaraq qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb

«Bütün həyatı boyu xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş Ulu öndər Heydər Əliyev hansı dövrdə fəaliyyət göstərməsindən asılı olmayaraq qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Ümummilli lider qadınlara etimad və qayğı göstərərək onları bilik və bacarıqlarına, istedad və intellektlərinə görə irəli çəkib, yüksək vəzifələrə təyin edib.

Qadınların ictimai - siyasi fəallıqlarının artırılmasında qəbul olunmuş müvafiq sənədlərin əhəmiyyətini vurğulayan Komitə  sədri deyib ki, böyük siyasi iradə tələb edən məsələlərdən biri də bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun yaradılması olub.

«Bu gün Azərbaycan Respublikası müstəqil dövlət kimi inkişaf edir. İstiqlaliyyətə qovuşduğu gündən etibarən ölkəmizin müstəqilliyinin qorunmasında, sosial-iqtısadi tərəqqisində, dövlətimizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində, ümumiyyətlə, həyatın bütün sahələrində inkişafın təməlinin qoyulmasında Ümummilli lider Heydər Əliyevin müstəsna əməyi var»- deyə, Komitə sədri vurğulayıb.
 

DİGƏR Xəbərlər Arxiv