YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü

“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirədə Prezident İlham Əliyev faktlara əsaslanan nitqi söylədi. Bunun qarşılığında erməni baş nazir Paşinyan rabitəsiz, primitiv cümlələrlə özünü düşdüyü çətin durumdan çıxarmağa çalışıb”.

N.Məhəməliyev bildirib ki, Paşinyanın verdiyi cavablar heç bir normal tənqidə dözmür. Həmin an erməni baş nazir, imtahana hazır olmayan, bileti çəkəndən sonra konkret suallara cavab verə bilməyərək, sual ətrafında boşboğazlıq edən tələbəni xatırlatdı. Paşinyan artıq dünyanın bir çox xalqlarının lağ-lağı mövzusuna çevrilmiş mifik "böyük Ermənistan” xəstəliyindən, özünün icad etdiyi inqilablardan danışdı. Xocalı soyqırımını törətdikləri haqda öz sələflərinin etiraflarını unudaraq, hansısa ermənipərəst qəzet yazısını fakt kimi göstərməyə çalışdı. Bununla da onun nə qədər cılız, primitiv göründüyünü, hər kəs əsl həqiqətin nədən ibarət olduğunu gördü. Paşinyan kimi əsl daşnak xislətli iddialarına, Azərbaycan Prezidenti soyuqqanlı şəkildə, tutarlı, lakonik və konkret cavablar verdi.

“Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü. Bir daha əmin oldum ki, Ermənistanda ciddi kadr problemləri mövcuddur. Nə qədər ki, xalq olaraq zəhərlənmiş erməni xəstəliyindən qurtarmayıblar, o ölkənin gələcəyi yoxdur. Bugünkü reallıq bundan ibarətdir. İşğalçı ölkə çox gözəl başa düşür ki, ərazisindəki hərbi baza, müasir dünyada mövcud olan xristian təəssübkeşliyi, super güclərin regiondakı maraqları olmasa, qısa bir zamanda Azərbaycan ordusu tarixi həqiqətləri bərpa etmək iqtidarındadır. Ordumuz 2016-cı ilin aprel döyüşləri zamanı cəmi 40 dəqiqə ərzində Lələtəpə kimi yüksəkliyi işğaldan azad etməklə bunu sübut etdi. Hesab edirəm ki, Münxendəki debatdan sonra hər bir azərbaycanlı nümayiş etdirdiyi ən yüksək diplomatik keyfiyyətlərinə, xalqımızı ləyaqətlə təmsil etdiyinə görə öz Prezidenti ilə bir daha qürur hissi keçirdi”-deyə, N.Məhəməliyev vurğulayıb.