YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici İşlər Nazirliyində Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüş olub

Fevralın 13-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən bildiriblər ki, T.Klaar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı faydalı müzakirələrin aparıldığını bildirib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti, o cümlədən cari il yanvarın 28-30-da Cenevrədə iki ölkənin Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə baş tutmuş görüşü, aparılmış müzakirələr haqqında qarşı tərəfi məlumatlandırıb. Habelə, nazir Elmar Məmmədyarov münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında tezliklə həllinin substantiv aspektləri üzrə ətraflı müzakirələrin əhəmiyyətini vurğulayıb.

Həmçinin, görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı əməkdaşlığının gündəliyində duran müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.