YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin xatirəsi Küveytdə anılıb

Dekabrın 11-də Azərbaycanın Küveytdəki səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.
Mərasimdə səfirliyin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər. Bu barədə səfirlikdən məlumat verilib.
Səfir Tural Rzayev tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu barədə məlumat verib.
Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunan səfir əlaqələrin qurulması və inkişafında Ümummilli Liderin böyük rolunu vurğulayıb. O, Prezident İlham Əliyevin 2009-cu ilin fevral ayında Küveytə səfərinin əhəmiyyətini qeyd edib.
Sonra tədbir iştirakçıları müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev barədə sənədli filmə tamaşa ediblər. Səfirlikdə Ulu Öndərin xatirəsinə həsr olunan fotosərgi, onun həyat və fəaliyyəti barədə kitablar da nümayiş etdirilib.
Küveytin geniş oxucu kütləsinə malik “Əl-Vasat” qəzetində Heydər Əliyevin həyat və fəaliyyətinə dair geniş məqalə nəşr edilib. Məqalədə ölkəmizin sosial-iqtisadi inkişafında Ulu Öndərin mühüm rolu vurğulanıb, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunda yeganə müsəlman olan Heydər Əliyevin ərəb və İslam dünyasının dostu, ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə oxuculara məlumat verilib.

 

DİGƏR Xəbərlər Arxiv