YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” fotosərgisi Türkiyədə böyük maraqla qarşılanıb

Anadolu Agentliyinin və Azərbaycan Dövlət Teleqraf Agentliyi- AzərTAc-ın arxivlərində ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti ilə bağlı qorunub saxlanılan fotoşəkillərdən ibarət “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” mövzusunda Bakıda keçirilən fotosərgi Türkiyənin kütləvi informasiya vasitələrində özünə geniş yer almaqdadır.
Televiziya kanalları fotosərgidən reportajlar yayır. Qardaş ölkə KİV-ləri bildirir ki, təşkil olunan fotosərgi ümummilli lider Heydər Əliyev şəxsiyyətinin ucalığını, dünya siyasətindəki yerini və rolunu, türk dünyası qarşısında əvəzsiz xidmətlərini, Azərbaycandakı tarixi xilaskarlıq missiyasını tərənnüm edir.
Türkiyə ictimaiyyəti tərəfindən sonsuz maraqla qarşılanan fotosərgini əks etdirən fotolar və videomateriallar sosial şəbəkədə də sürətlə paylaşılır. AzərTAc – Anadolu münasibətləri əsl qardaşlıq nümunəsi kimi xarakterizə olunur.

 

DİGƏR Xəbərlər Arxiv