YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin öyrənilməsini və tətbiqini genişləndirməkdədir

2015-ci ildə  AMEA-da dövlət və elmi əhəmiyyətli tədbirlərin təşkil olunması nəzərdə tutulur. Bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, gələn il akademiyada Azərbaycan elminə mühüm töhfələr verən beynəlxalq və yerli tədbirlər keçirilməlidir. Onun sözlərinə görə, son illər Azərbaycan elmi dünya elminə sürətlə inteqrasiya olunur.

«AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin öyrənilməsini və tətbiqini genişləndirməkdədir. Dünya təcrübəsinə əsaslanan elm texnoparkının, elm və biznesin birgə inkişafına xidmət edəcək İnnovasiya Fondunun, eləcə də biznes inkubatorlarının yaradılması nəzərdə tutulub»- deyə, AMEA prezidenti vurğulayıb.