YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov Cocuq Mərcanlı qəsəbəsində seçicilərlə görüşüb

9 fevral parlamentə keçiriləcək növbədənkənar seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində fevralın 6-da 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Cəbrayıl rayon Cocuq Mərcanlı qəsəbəsində seçicilərin evlərində olub, həyətlərdə sakinlərlə görüşüb.

Qonaqlar əvvəlcə Horadiz- Cocuq Mərcanlı yolunun kənarında yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

Daha sonra YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, işağdan sonra Cocuq Mərcanlını tərk etməyən, ailəsi ilə birlikdə orada yaşayan kənd sakini Oktay Həziyev və seçicilərin iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq, xalqa, Vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmləndirilməsinə və dinamik inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycan regionun lider dövlətinə çevrilib. A.Fərzəliyev qarşıdan gələn növbədənkənar parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib.

Daha sonra Ceyhun Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqlarının təmin olunduğunu vurğulayıb. Bildirib ki, bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və özünün yeni bəhrələrini verir.

Ceyhun Məmmədov seçicilərlə görüş zamanı seçki platforması haqqında da geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səyhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğullu istiqamətində görəcəyi işlər barədə danışıb.

Ceyhun Məmmədov daha sonra vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək.

Daha sonra Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Ceyhun Məmmədov haqqında ümumi məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər.