YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Ulu öndər Heydər Əliyev xalqımızın tarixinə böyük qurucu şəxsiyyət kimi düşüb

«Azərbaycanın tarixinin 40 ildən artıq dövrü  Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşüb. Mən onu ən böyük azərbaycanlı, ən böyük vətənpərvər hesab edirəm». Bu fikirləri AMEA-nın Şərqşünslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Onun sözlərinə görə, Ulu öndər həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə Prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər görüb.

«Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdı. Ümummilli liderimiz ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu. Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə daim böyük diqqət yetirib. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk görüşlərinin birini akademiyanın rəyasət heyətinin binasında alimlərlə keçirdi. Ulu öndərimiz o zaman bildirdi ki, Elmlər Akademiyası Azərbaycan xalqının böyük sərvətidir və bu sərvəti qoruyub yaşatmalıyıq. Qısa müddət ərzində bir sıra fərman və sərəncamlar verildi ki, bütün bunlar akademiyanın cəmiyyətdə, elmi ictimaiyyətdə mövqeyini qat-qat artırmış oldu»- deyə, G.Baxşəliyeva qeyd edib.