YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Fatma Yıldırımın Bərdənin Türkmən kəndinin seçiciləri ilə görüşü keçirilib

Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Fatma Vidadi qızı Yıldırımın rayonun Türkmən kəndinin seçiciləri ilə görüşü keçirilib.

Görüşü YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb. Onun sözlərinə görə, parlament seçkilərində "Daha güclü Azərbaycan naminə!" şüarı ilə iştirak edən partiyamız ən layiqli namizədləri irəli sürüb və seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq.

Görüşdə çıxış edən deputatlığa namizəd Fatma Yıldırım Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsinə görə partiyanın Sədri, cənab Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verib. Fatma Yıldırım Azərbaycanın dünyada sabitlik, təhlükəsizlik məkanı kimi tanındığını seçicilərin diqqətinə çatdıraraq bildirib ki, cənab Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı milli təhlükəsizlik konsepsiyasını müasir dövrün tələblərini nəzərə almaqla uğurla həyata keçirməsi, dövlət başçısının düşünülmüş siyasi kursu, Azərbaycan xalqı, xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi təmin edən əsas faktorlardır. Azərbaycan Ordusunun qüdrətindən söz açan Fatma Yıldırım cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu milli ordu quruculuğu siyasətinin həyata keçirildiyini, ən müasir silah-sürsatla təchiz edilmiş müasir silahlı qüvvələrin formalaşdırıldığını qeyd edib. Fatma Yıldırım seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırıma səs verəcəklərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv