YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi və müasirlik

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin binasında “Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
Konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Müstəqil Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzəsi dinlənilib.