YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Baş naziri Serbiya parlamentinin sədri ilə görüşüb

Dekabrın 11-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası parlamentinin sədri xanım Maya Qoykoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Artur Rasizadə Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə olduğunu bildirdi. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı barədə məlumat verən Baş nazir ikitərəfli əlaqələrin regional səviyyədə genişləndiyini vurğuladı.
Görüşdə Serbiya nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkə rəhbərliyinin bu problemi sülh yolu ilə həll etmək istiqamətində göstərdiyi səylər haqqında da məlumat verildi.
Maya Qoykoviç səfər müddətində keçirilən görüşlər və aparılan danışıqlardan məmnun qaldıqlarını vurğuladı. Parlamentin sədri Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu qeyd etdi.