YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İcra katibinin müavini Siyavuş Novruzov ATƏT DTİHB-in nümayəndəsi ilə görüşüb

Fevralın 6-da Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçki müşahidə missiyasının hüquq analitiki Enira Bronitskayanı partiyanın mərkəzi qərargahında qəbul edib.

Görüşdə 9 fevral parlament seçkilərinə hazırlıq işləri, eləcə də Yeni Azərbaycan Partiyasının apardığı təbliğat-təşviqat kampaniyası ilə bağlı fikir mübadiləsi aparılıb.