YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Hicran Hüseynova seçicilərlə fərdi görüşlər keçirib

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə fərdi görüşləri keçirilib.

Deputatlığa namizəd Hicran Hüseynova seçki dairəsinin ərazisində yaşayan şəhid ailələri, aztəminatlı ailələrlə görüşüb, onların problemləri ilə maraqlanıb. O, həminin dövlətin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı siyasəti haqda məlumat verib. Qeyd edib ki, YAP-ın seçki proqramında da bu məsələlər öz əksini tapır.