YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynovanın görüşləri ruh yüksəyliyi ilə davam edir

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Sevinc Hüseynovanın görüşləri ruh yüksəyliyi ilə davam edir.

103 saylı Gədəbəy seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Sevinc Hüseynovanın növbəti görüşü Gədəbəy rayonun Slavyanka kəndində seçiciləri görüşüb.Sevinc Hüseynov seçiciləri ilə görüşündə bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Gədəbəy rayonunda da böyük işlər görülüb. Şübhəsiz ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə həyata keçirən cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir.

Görüşdə iştirak edən qərərgah üzvləri Xəyyam Vəliyev və Səbuhi Abdullayev çıxışında qeyd etdi ki,Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir. Görüşdə seçicilərin parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə əminlik ifadə olunub.