YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

76 saylı Lənkəran-Astara seçki dairəsindən YAP-ın namizədi Ziyafət Əsgərov seçicilərlə növbəti görüşünü keçirib

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir.

76 saylı Lənkəran-Astara seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ziyafət Əsgərov da kampaniya çərçivəsində növbəti görüşlərini keçirib.
Deputatlığa namizəd Ziyafət Əsgərov görüşdə çıxış edərək əvvəlcə YAP-ın seçki proqramı haqqında, həmçinin ölkəmizdə həyata keçirilən sosial-iqtisadi, hüquqi və struktur islahatları barədə seçicilərə məlumat verib. Deputatlığa namizəd daha sonra seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində öz seçki hüquqlarından istifadə etməyə və fəal olmağa çağırıb.

Öz növbəsində seçicilər 76 saylı Lənkəran-Astara seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Z.Əsgərova səs verəcəklərini qeyd ediblər.