YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Sevinc Hüseynova Gədəbəyin Qaradağ və Arıqdam kəndlərində seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Gədəbəy seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası  tərəfindən deputatlığa namizəd Sevinc Hüseynova  Gədəbəy rayonunun Qaradağ və Arıqdam kəndlərində  seçicilərlə görüş keçirib.

Görüşdə namizədlə bərabər Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, seçki qərargahının üzvləri Əliyev Firdovsi  və Xəyyam Vəliyev də iştirak edib.YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev çıxış edərək bidirdi ki, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirdiyini, ona dinamizm, ceviklik və hücum taktikası əlavə etdiyini vurğuladı. O qeyd edib ki, dövlət rəhbərinin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Bu birliyin daha da möhkəmlənməsinə hər birimiz öz töhfəmizi verməliyik.

Deputatlığa namizəd  Sevinc Hüseynova görüşdə sakinlərlə səmimi söhbət edib. Söhbət zamanı Azərbaycanın istər dünya, istərsə də ölkədaxili inkişafından söz açan namizəd, bütün bunların dövlət başçısı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində baş tutduğunu xüsusi vurğulayıb.

Respublikamızın hər bir bölgəsində olduğu kimi Gədəbəydə də günbəgün yaxşılaşan sosial-iqtisadi vəziyyətdən razılığını ifadə edən seçicilər bunun üçün dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Həmçinin, seçicilər Yeni Azərbaycan Partiyasının layiqli namizədini dəstəklədiklərini və seçkilərdə ona səs vereceklərini sevinc hissi ilə dilə gətiriblər.