YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabranlıların seçimi YAP-ın namizədi Sadiq Qurbanovdur

Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə deputatlığa namizədi Sadiq Qurbanov Şabran şəhərində -ilk dəfə səs verəcək gənclərlərlə, mədəniyyət işçiləri, Qələgah və Ləcədi kəndlərinin seçiciləri ilə görüşlər keçirib.

Görüşləri YAP Mərkəzi Seçki Qərargahının Şabran rayon şöbəsinin sədri Mehdi Balabəyov açaraq bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində, respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir. O, seçicilərə Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı uğurları barədə məlumat verərək qeyd edib ki, bütün seçkilərdə olduğu kimi qarşıdan gələn parlament seçkilərində də xalqımız Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək və partiyamız növbəti möhtəşəm uğurunu qazanacaq.

Görüşdə çıxış edən deputatlığa namizəd Sadiq Qurbanov Yeni Azərbaycan Partiyası tərəfindən 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsinə görə partiyanın Sədri, Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verib. O, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair dövlət proqramlarının, o cümlədən regionların sosial-iqtisadi inkişafı məqsədi ilə dövlət proqramının qəbul olunmasını seçicilərin diqqətinə çatdıraraq bildirib ki, bütün bunlar ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, əmək haqlarının və təqaüdlərin artırılmasına gətirib çıxarıb.

S. Qurbanov seçiciləri islahatların davamlı olmasına dəstək verməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər 9 fevral parlament seçkilərində yeni islahatlara, inkişafa səs verəcəklərini bildiriblər və Yeni Azərbaycan Partiyasının namizədi Sadiq Qurbanovun qalib gələcəyinə əminliklərini ifadə ediblər.