YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda Aydın Hüseynovun namizədliyi yekdilliklə dəstəklənəcək (VİDEO)

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi 11 saylı Qaradağ seçki dairəsindən irəli sürülən Aydın Hüseynov seçicilərlə növbəti görüşünü Qobustan qəsəbəsində keçirib.

Partiyanın rayon təşkilatının aparat rəhbəri Hacı İbrahimov Aydın Hüseynovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, gənc yaşlarından rayonun Ələt qəsəbəsində əmək fəaliyyətinə başlayan Aydın müəllim 30 ildən çoxdur ki, rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilir. Uzun illərdir ki, YAP rayon təşkilatına rəhbərlik edir. Milli Məclisin deputatı kimi ötən müddət ərzində seçiciləri ilə mütəmadi görüşlər və qəbullar keçirmiş, onların qayğı və problemlərinin həlli ilə ciddi maraqlanmış, qanunların qəbulunda fəallığı ilə seçilmişdir. Bir sözlə bir deputat kimi YAP-ın platformasını əməli işı ilə doğrultmuşdur.

Deputatlığa namizəd Aydın Hüseynov müsəqil respublikamızda dövlətçiliyin qurulmasında və möhkəmlənməsində, ölkəmizin bütün sahələr üzrə dinamik inkişafında və xalqımızın rifahının getdikcə yaxşılaşmasında YAP-ın müstəsna xidmətlərini konkret faktlarla şərh etdi. Qeyd etdi ki, partiyamız xalqa əvəzsiz xitmətləri ilə ölkəmizdə digər siyasi qüvvələrə nümunə olduğunu konkret işi və nailiyyətləri ilə təsdiqləyib. Bütün bunlarla yanaşı partiyamız daha güclü Azərbaycan naminə fəaliyyətini durmadan genişləndirmək niyyətindədir. Bu səbəbdən də növbəti seçkilərdə də xalqın sekdil səsini qazanmaqla uğurlu işlərini daha da genişləndirməyə çalışır.

Görüşdə çıxış edən qəsəbə sakinləri YAP-ın cəmiyyətimizdə xidmətlərini yüksək qiyməndirməklə onun siyasi kursunu davam etdirmək üçün bu dairədən namizəd kimi partiya tərəfindən irəli sürülən Aydın Hüseynovu yekdilliklə dəstəkləyəcəklərini bildirdilər.