YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Mahir Abbaszadə laçınlı seçicilərlə növbəti görüşünü keçirib

121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Mahir Abbaszadə bu gün seçiciləri ilə görüşləri davam etdirib. Əvvəlcə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən “Qağayı" pansionatında görüş baş tutub. Pansionata müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlər namizədə problemlərindən danışıb, təkliflərini veriblər.

M. Abbaszadə onlara seçiləcəyi təqdirsə görəcəyi işlərdən, planlarından danışıb, Laçının ağsaqqalı Çərkəz kişinin və sakinlərin xeyir-duasını alıb. Görüş iştirakçıları seçki zamanı Mahir Abbaszadəni dəstəkləyəcəklərini bildirib.

Daha sonra Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Laçın rayonu Quşçu kəndindən şəhid Qüdrət İbrahimovun ailəsi ilə görüş keçirilib, onların qayğıları ilə maraqlanılıb.

Daha bir görüş Kürdəxanı qəsəbəsində yaşayan şəhid Allahyarov İlqar Nurəddin oğlu və Allahyarov Sədrəddin Nurəddin oğlunun ailəsi ilə keçirilib. Deputatlığa namizəd daha sonra Laçın rayon sakini şəhid Vaqif Salmanovun ailə üzvləri ilə görüşüb.

 Görüş zamanı Mahir Abbaszadə bildirib ki, o, özü də məcburi köçkün olduğu üçün bu kateqoriyadan olan vətəndaşların problemlərinə yaxından bələddir. Seçicilərlə keçirilən görüşlər zamanı daim onları narahat edən, qayğıları və problemləri ilə bağlı müraciətlərinin həllinə çalışıb, zəruri olduqda müraciətlər aidiyyətı qurumlara yönləndirilib.

Qeyd olunub ki, növbəti dəfə seçiləcəyi təqdirdə Mahir Abbaszadə yenə də seçicilərinin yanında olacaq, onların müraciətlərinin həllinə çalışacaq, yerli və beynəlxalq tədbirlərdə millət vəkili kimi fəal iştirakını davam etdirəcək. Qeyd edək ki, Laçın rayonundan olan məcburi köçkünlər Azərbaycanın 58 rayonunda məskunlaşıb. Onların səsvermədə iştirakını təmin etmək üçün 121 saylı Laçın seçki dairəsinin ölkə üzrə 102 seçki məntəqəsi fəaliyyət göstərir.