YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir qrup veteran təşkilatı və ictimai birlik deputatlığa namizəd Siyavuş Novruzova dəstək çağırışı ilə 5 saylı Şahbuz - Babək seçki dairəsi üzrə seçicilərə müraciət ünvanlayıblar

Bir qrup veteran təşkilatı və ictimai birliklər YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzova dəstək çağırışı ilə 5 saylı Şahbuz - Babək seçki dairəsi üzrə seçicilərə müraciət ünvanlayıblar. Müraciətdə deyilir:

“Hörmətli Həmvətənlərimiz!

Bildiyiniz kimi, 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərində 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş, Əfqanıstan, Sədərək, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, müharibə veteranı Siyavuş Novruzov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.
Siyavuş Novruzov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq, hər zaman sözügedən qurumların fəaliyyətinə dəstək verib, günün reallıqları ilə səsləşən yeni qanunların hazırlanması və qəbulu təşəbbüsü ilə çıxış edib.
 O, hər zaman müharibə və əmək veteranlarına, hərbi qulluqçulara, əlillərə, şəhid ailələrinə diqqət və qayğı göstərmiş, onların həyat və məişət şəraitinin daha da yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməmişdir. Əminik ki, Siyavuş Novruzov yenidən Milli Məclisdə təmsil olunacağı halda, xalqımızın layiqli nümayəndəsi kimi ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların həyata keçirilməsində, əhalinin rifahının daha da yaxşılaşmasında, sosialyönümlü qanunların qəbul olunmasında bundan sonra da fəal iştirak edəcək.
Hörmətli seçicilər, hamılıqla Siyavuş Novruzova səs verək!”

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
 
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
 
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi
 
"Azərbaycan Əfqanıstan Veteranları" İctimai Birliyi

"Ehtiyyatda Olan Zabitlərin Konfederasiyasi" İctimai Birliyi

"Tərxiz Olunmuş Hərbiçi Gənclərin Maarifləndirilməsi" İctimai Birliyi

"20 Yanvar Cəmiyyəti" İctimai Birliyi

"Çernobı Əlilləri" İttifaqı İctimai Birliyi
 
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti
 
Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" İctimai Birliyi

Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu