YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Hüseynbala Mirələmovun seçicilərlə növbəti görüşü keçirildi

«Viktoriya» Şadlıq sarayında  Milli Məclisə 33 saylı  Xətai  birinci seçki  dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Hüseynbala Mirələmovun  seçicilərlə növbəti   görüşü keçirildi.

    YAP Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova Hüseynbala Mirələmovun    fəaliyyətinin çoxşaxəli olmasından bəhs etdi.      Deputatlığa namizədin  vəkili  tibb elmləri doktoru, professor  Vəsadət Əzizov bildirdi ki,  YAP-ın namizədi H.Mirələmovun  deputatlıq fəaliyyəti dövründə  seçicilərin böyük etimadını qazanması onun növbəti dəfə də qələbəsini şəksiz edir. Düzgün seçim edək ki,  daha güclü Azərbaycan naminə  inamla irəliləməyi bacaraq.

  Seçicilərdən Qurban Əlizadə, Namus Atakişiyev, Rza Əhmədov və başqaları  növbədənkənar parlament seçkilərində fəal iştirak edəcəklərini, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olacaqlarını bildirdilər.

    Deputatlığa  namizəd,  YAP Xətai rayon təşkilatının sədri, texnika elmləri doktoru, professor  Hüseynbala Mirələmov bildirdi ki, seçicilərimiz 9 fevral növbədənkənar  parlament seçkilərində fəal iştirak edib, Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmaqla  Azərbaycanın daha da müasirləşməsinə, zənginləşməsinə, insanların daha azad, firavan yaşamasına, ən əsası daha fəal, çevik, müasir parlamentin formalaşmasına  töhfə vermiş olacaqlar.