YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə uşaq bağçası tikilir

Bakının Pirallahı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 140 və 100 yerlik körpələr evi-uşaq bağçası tikilir.
Rayon icra hakimiyyətindən bildirilib ki, məqsəd 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəməkdir.
Pirallahı qəsəbəsinin S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün ümumi sahəsi  3 min kvadratmetr təşkil edən yeni inzibati binanın inşasına da başlanılıb.
Rayon polis şöbəsinin inzibati binasının tikintisi isə başa çatdırılıb, ərazidə son tamamlama işləri görülür.