YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib

Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fatma Yıldırımın qadın seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib, qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən danışıb, Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün sahələrdə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd edib. Azərbaycan qadınlarının tarixən tutduğu yoldan, Azərbaycanın şərəfli tarixində oynadıqları misilsiz xidmətlərdən və bu gün respublikanın ictimai siyasi həyatındakı fəaliyyətlərində və Ulu Öndər Heydər Əliyevin əsasını qoymuş olduğu dövlət qadın siyasətindən və Prezident İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dövlətin ailə, qadın və uşaq siyasətinin ilbəil daha da təkmilləşməsindən danışıb.

93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fatma Yıldırım çıxış edərək respublikamızda dövlət qadın siyasəti, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, bunun nəticəsi olaraq, fevralın 9-da keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə layiqli qadın namizədlərin sayının kifayət qədər çox olduğunu bildirib. Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak etdiyini söyləyən Fatma Yıldırım bildirib ki, qadınlar intellektual imkanları, yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verirlər: “Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir. Qadınlar ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq göstərirlər. Bu gün respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün parlaq nümunədir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində təqdir edilir və onun geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır”.

Fatma  Yıldırım Yeni Azərbaycan Partiyası tərəfindən ona böyük etimad göstərildiyini və bərdəli seçicilərlə birlikdə bu etimadı doğrultmağa çalışacağını qeyd edib.

Görüş iştirakçılarından  Zeynəb Əliyeva, Xosrov Musayev, Məleykə Qasımova, Xuraman Qurbanova, Arifət Əhmədova, Mehparə Mustafayeva, Gülnarə Əliyeva, Nəsibə Kərimova çıxış edərək parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi Fatma Vidadi qızı Yıldırıma səs verəcəklərini bildiriblər.