YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Sevinc Hüseynova Gədəbəyin Moruqlu kəndində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü keçirilib. Rayonun Moruqlu kəndində reallaşan tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı məlumat verib. R.Nağıyev bildirib ki, budəfəki parlament seçkiləri yeni islahatlar dövründə ölkəmizin inkişafının daha da sürətlənməsinə təkan verəcək. Bildirilib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün sosial-iqtisadi siyasət nəticəsində bu gün ölkəmizdə vətəndaşların rifah halı gündən-günə yaxşılaşır. O, seçiciləri "Daha güclü Azərbaycan naminə" Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova bildirib ki, qədirbilən Gədəbəy seçiciləri hər zaman dövlətçiliyin inkişafına dəstək olublar və siyasi fəallıqları ilə seçiliblər. S.Hüseynova gədəbəyli seçicilərin fevralın 9-da da YAP-ın namizədlərini dəstəkləyəcəyinə əminliyini ifadə edib: "Çünki YAP hər zaman xalqın yanında yer alıb. YAP seçkilərə "Daha güclü dövlət naminə!" şüarı ilə qatılır. Bu isə vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində aparılan işlərin bundan sonra da davam etdirilməsi deməkdir. Yəni insanlarımız YAP-ın namizədlərinə səs verməklə öz gələcək rifahlarının təminatına səs vermiş olurlar".

DİGƏR Xəbərlər Arxiv