YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

109 saylı Balakən seçki dairəsi üzrə namizəd Nəsib Məhəməliyev seçicilərlə növbəti görüşlərini keçirib

9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 109 saylı Balakən seçki dairəsi üzrə namizədi Nəsib Məhəməliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Görüş üçün nəzərdə tutulmuş yerlərdə görüşlər keçirən Nəsib Məhəməliyev həmçinin 109 saylı Balakən seçki dairəsinin ərazisində olan məhəllələrdə seçicilərlə görüşür. Növbəti görüş rayonun Sarıbulaq kəndinin seçiciləri ilə keçirilib. Seçicilərin fəallığı ilə keçən görüşdə Nəsib Məhəməliyev bildirib ki, V çağırış Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə hər zaman bütün seçicilərinin yanında olmağa çalışıb. "Seçicilərimin etimadını doğrultmağı həmişə özümə borc hesab etmişəm", - deyən N.Məhəməliyev yenidən seçicilərin etimadını qazanıb millət vəkili seçilərsə, bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini, seçiciləri ən layiqli şəkildə təmsil edəcəyini bildirib. Görüşdə çıxış edən seçicilərdən – Sevinc İbadova, Fatma Osmanova, Sədrəddin Eminov və digərləri də çıxışlarında N.Məhəməliyevin millət vəkili kimi fəaliyyətinin çox uğurlu olduğunu, seçicilərin etimadını layiqli şəkildə doğrultduğunu bildiriblər.

Kampaniya çərçivəsində Nəsib Məhəməliyev növbəti görüşünü Balakən rayonunun Yeni Şərif kəndində keçirib. Görüşdə YAP-ın namizədinin V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirən seçicilərdən Sabir Bazarov, Fəxrəddin Papaxov, Nino Zəngiyeva və digərləri birmənalı olaraq növbəti dəfə də N.Məhəməliyevə səs verəcəklərini bildiriblər.

YAP-ın namizədi seçicilərə səmimiyyətə və isti münasibətə görə təşəkkür edib, fevralın 9-da fəal olmağa, seçkilərə qatılmağa, etimadlarını doğruldacaq namizədə səs verməyə çağırıb.

DİGƏR Xəbərlər Arxiv