YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sadiq Qurbanov seçicilərlə görüşləri davam edir

54 saylı Şabran-Siyəzən seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Sadiq Qurbanov növbəti görüşlərini Qorğan, İzmara,Düz-Bilici, Çinarlar, Zağlı və Xəlifəlilər kənd sakinləri ilə keçirib.

Böyük ruh yüksəkliyi ilə keçən görüşlərdə Sadiq Qurbanov seçicilərə parlamentdəki və beynəlxalq arenadakı fəaliyyəti haqqında məlumat verib, Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən, eləcə də, ölkədə gedən kadr, iqtisadi-siyasi islahatlardan danışıb.

Sadiq Qurbanov VI çağırış Azərbaycan Milli Məclisinin deputatı kimi fəaliyyət göstərdiyi vaxtlardan tanıdıqlarını, elm və təhsil sahəsində fəaliyyətini yüksək dəyərləndirdiklərini bildirən seçicilər bu günün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.

Səmimi söhbət zamanı Sadiq Qurbanov seçiciləri maraqlandıran sualları cavablandırıb, onları narahat edən bir neçə problemlə bağlı aidiyyatı qrumlar qarşısında məsələ qaldıracağını bildirib.