YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizəd Elman Nəsirov Uzuntəpə kəndinin seçiciləri ilə görüşüb

Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizədi Elman Nəsirov yanvarın 23-də təbliğat-təşviqat kampaniyası çərçivəsində Uzuntəpə kəndinin seçiciləri ilə görüşdü.

Elman Nəsirov görüşdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dərin və hərtərəfli islahatlar kursunun mahiyyəti, onun əsas istiqamətləri və ilkin nəticələri haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı, qayğıları, üzləşdiyi problemlərin həlli dayanır. Ölkə prezidentinin milli maraqlara əsaslanan müstəqil siyasəti sayəsində Azərbaycan regionda və eləcə də dünyada sabitlik və təhlükəsizlik məkanına çevrilmişdir. Xalq-hakimiyyət birliyi bu sabitliyi şərtləndirən həlledici amilldir. Bu birliyi göz bəbəyi kimi qorumalı və onu daha da möhkəmləndirməliyik.

Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədinin seçki platforması ətrafında fikir mübadiləsi apardılar.

Deputatlığa namizəd həmçinin seçicilərin qayğıları ilə maraqlandı, onların suallarına cavab verdi.