YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Fransa arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaqdır

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması gözlənilir.

Məlumata görə, anlaşma Memorandumunun Fransa Prezidenti Fransua Ollandın may ayında Azərbaycana planlaşdırılan rəsmi səfəri zamanı imzalanması nəzərdə tutulmuşdur.

Azərbaycan Qafqaz regionunda iqtisadi sahədə Fransanın ən mühüm tərəfdaşlarından biridir və iki ölkə arasında siyasi-iqtisadi, sosial-humanitar və digər sahələrdə əməkdaşlıq əlaqələri son illərdə dərinləşərək yeni mərhələyə qədəm qoymuşdur. Hər iki ölkə sıx əməkdaşlıq münasibətlərinin yaradılmasına töhfə verməkdədir.

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında imzalanması nəzərdə tutulan enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu qlobal və regional enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində iki ölkə arasındakı əməkdaşlığın inkişafı sahəsində yeni perspektivlər yaradacaqdır.