YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Avropa İttifaqı və Yaponiyanın iqtisadi zəifliyindən narahatdır

ABŞ Avropanın, Yaponiyanın və inkişaf etməkdə olan bazarların onların öz inkişafını təhdid edən hazırkı sönük iqtisadiyyatından narahatdır.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ Prezidenti Barak Obama bununla bağlı narahatlığını iri biznes nümayəndələri ilə görüşü zamanı dilə gətirib. Nəinki Avropa ilə Yaponiyada, eyni zamanda, dünya bazarında davam edən durğunluğun Birləşmiş Ştatlara da təsir göstərə biləcəyini deyən Ağ ev rəhbəri, vəziyyəti izlədiklərini və sabit inkişafa nail olmaq üçün beynəlxalq bazarlarla, əsasən də Avropa ilə işləməyə cəhd etdiklərini diqqətə çatdırıb.
B.Obama dünya ictimaiyyətinin böhran keçirən qlobal iqtisadiyyatı dirçəltmək üçün Amerikadan liderlik gözlədiyini, bununla belə onların başqa flaqmanlara da ehtiyacı olduğunu vurğulayıb.