YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib

9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə deputatlığa namizəd Sahibə Qafarova təbliğat – təşviqat kampaniyası çərçivəsində ilk görüşünü Şəmkir şəhər Ə.Cavad adına Mədəniyyət Mərkəzinin akt zalında  keçirib. Tədbiri giriş sözü ilə açan partiyanın Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputatlığa namizəd Sahibə Qafarova barədə məlumat verib. S.Qafarovanın millət vəkili kimi daim seçiciləri və ölkəmizi ən müxtəlif tribunalarda uğurla təmsil etdiyini deyən F.Vəliyev fevralın 9-da hər kəsi seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Sahibə Qafarova əvvəlcə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun möhtəşəm nəticələri barədə geniş məlumat verib. S.Qafarovanın sözlərinə görə, Azərbaycan ötən 16 ildə böyük nailiyyətlər qazanaraq bu gün dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanır, beynəlxalq ictimaiyyət tərəfindən müstəqil, güclü və qüdrətli dövlət kimi qəbul olunur.

YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını bildirən S.Qafarova yenidən seçicilərin etimadını qazanaraq millət vəkili seçiləcəyi təqdirdə bu etimadı doğrultmaq üçün çalışacağını bildirib.

Təbliğat kampaniyasının ilk günündə Sahibə Qafarova məhəllələrdə də seçicilərlə görüşlər keçirib.