YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Sanksiyalar Dağlıq Qarabağ separatçılarına da şamil olunmalıdır

«Avropa İttifaqının Ukraynadakı separatçılara qarşı tətbiq etdiyi sanksiyalar müsbət qiymətləndirilməlidir».  Bu fikri Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu addım separatçı rejimlərə bir siqnal olmalı və onları belə qanunsuz hərəkətlərdən çəkindirməlidir. Onun sözlərinə görə, sanksiyalar Dağlıq Qarabağ separatçılarına da şamil olunmalıdır.

«Amma təəssüf ki, bəzi dövlətlər nəinki, Dağlıq Qarabağ separatçılarına qadağalar tətbiq edir, tam əksinə onları öz ölkələrinə dəvət etməklə bölgədə radikal separatizmi daha da alovlandırır»- deyə, A.Quliyev qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv