YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycan sosialyönümlü bazar iqtisadiyyatının formalaşması sahəsində böyük müvəffəqiyyətlər əldə edib

«İqtisadi sahədə keçid dövrünü uğurla başa vuran Azərbaycan sosialyönümlü bazar iqtisadiyyatının formalaşması sahəsində böyük müvəffəqiyyətlər əldə edib, əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirləri addım-addım reallaşdırıb». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, son 11 ildə inkişaf tempinə görə dünyanın lider ölkələrindən birinə çevrilən Azərbaycan artıq mühüm əhəmiyyət kəsb edən qlobal proseslərdə söz sahibi olan aparıcı ölkələr sırasına daxil olub. Onun fikrincə, belə bir möhtəşəm nailiyyətin əldə olunmasında əsas faktor lider amilidir.

«Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi kurs milli tərəqqinin sabitliyini və davamlılığını təmin etdi, ölkəni beynəlxalq münasibətlərin obyektinə yox, aparıcı subyektinə çevirdi. Dövlət başçısının iqtisadi sferada həyata keçirdiyi siyasətin indi də özünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri hər zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsidir»- deyə, komitə sədri vurğulayıb.