YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: ARDNŞ hazırda Türkiyənin ən böyük xarici investorudur

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə R.Abdullayev ulu öndər Heydər Əliyevin Azərbaycanla Türkiyəni bir millət iki dövlət adlandırdığını xatırladıb, son illər ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atılan addımları, qarşılıqlı səfər və birgə fəaliyyəti yüksək qiymətləndirib.
Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşık Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün onda böyük təəssürat yaratdığını, bu səfərin iki qardaş ölkə arasında strateji münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib. O, rəhbərlik etdiyi nümayəndə heyətinin bir çox dövlət adamları və nazirlərlə görüşlər keçirdiyini, Sumqayıt şəhəri ilə tanışlıqdan məmnun qaldığını diqqətə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyasının sürətlə gerçəkləşdiyini söyləyən nazir Türkiyə dövlətinin daim Azərbaycanın yanında olduğunu qeyd edib. Qonaq ARDNŞ-in operatorluğu ilə həyata keçirilən TANAP layihəsinin regional inkişafa mühüm təsir göstərəcəyini vurğulayıb.
“SOCAR-Türkiyə Enerji” şirkətinin rəhbəri Kənan Yavuz ARDNŞ-in qardaş ölkədə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayev ARDNŞ-in hazırda Türkiyənin ən böyük xarici investoru olduğunu nəzərə çatdıraraq əmin olduğunu bildirib ki, TANAP, “Star” neft emalı zavodunun inşası və “Petkim“ neft-kimya holdinqinin yenidən qurulması layihələri Türkiyənin beynəlxalq enerji industriyasında önəminin daha da artmasında mühüm rol oynayacaq. R.Abdullayev bu layihələrin uğurla irəliləməsində Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın gündəlik qayğı və dəstəklərinin xüsusi rol oynadığını vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv