YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncə seçiciləri rifah və quruculuq naminə YAP-ın namizədlərinə səs verəcəklər

Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Gəncə şəhərində növbəti görüş keçirilib. YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev  açaraq bildirib  ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə alternativsiz siyasi qüvvədir. 

Tədbirdə çıxış edən YAP Siyasi  Şurasının üzvü, millət vəkili  Musa Quliyev, “Səs” İnformasiya Agentliyinin  baş direktoru Bəhruz Quliyev, AMEA Gəncə  Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor  Fuad Əliyev və başqaları bildiriblər ki, ötən müddət ərzində müstəqil Azərbaycanda həyata keçirilən  irimiqyaslı siyasi-hüquqi islahatlar sırasında  yerli özünüidarəetmə orqanlarının formalaşması xüsusi onəm kəsb edib. Qeyd olunub ki, bələdiyyələrin beşillik fəaliyyəti əhalinin etimadını qazanıb, bu da növbəti seçkilərdə bələdiyyə üzvlərinin seçilməsində ən vacib amildir.

Çıxış edən seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədərinə səs verəcəklərini vurğulayıblar.