YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam Kərimov: Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu ölkələrdən birinə çevriləcək

“Ən vacib istiqamətlərdən biri aqrar sahədə innovasiyaların daha geniş tətbiqinə nail olunmasıdır”. Bu fikri yap.org.az saytına müsahibəsində Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

İ.Kərimov bildirib ki, aqrar innovasiyalar hər zaman bütün dünyada ərzaq təhlükəsizliyinin təmin olunması üçün ən böyük alət sayılıb. Çünki, innovasiyalar məhsuldarlığı dəfələrlə artırır, torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox gəlir əldə edirlər.

“Ötən müddətdə imza atdığımız ən böyük innovasiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, kənd təsərrüfatında dronlardan istifadə, zərərvericilərə qarşı müasir bioloji mübarizənin təşkili, biotexnologiya laboratoriyalarında virussuz toxum və ting yetişdirilməsi, əkin sahələrinin koordinatlarının və sahədə hansı məhsulun əkilməsinin “Azərkosmos” vasitəsilə müəyyənləşməsidir. Bu gün ölkəmizdə Çin və türk texnologiyası əsasında pambıq becərilməsi həyata keçirilir. Aqrar sahəyə innovasiyaların tətbiqi, innovativ təşəbbüslərin dəstəklənməsi davam edəcək və Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu ölkələrdən birinə çevriləcək”-deyə, nazir vurğulayıb.