YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Şikarov: İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sistemli, hərtərəfli islahatlar həyata keçirilir

“Bu gün ölkəmiz bütün dünyada islahatların səngimədiyi bir ölkə kimi tanınmaqdadır. Belə ki, Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır, bu da ölkəmizin davamlı inkişafını təmin etmək üçün atılan çox ciddi addımlardır. Ölkə başçısının rəhbərliyi ilə bu gün ölkəmizdə sistemli, hərtərəfli islahatlar həyata keçirilir. İnnovativ təşəbbüslər və uğurlu fəaliyyət son aylar ərzində islahatların sayını artırmaqla, onların sistemliliyini, ardıcıllığını təmin etməklə, ən əsası bütün sahələrə yönəltməklə bu proses davam etdirilir. Dövlətimizin başçısı hər zaman aparılan islahatların davamlı və sistemli olduğunu deyir və bunu əyani şəkildə tətbiq edir. Artıq biz elə bir mərhələyə qədəm qoymuşuq ki, hər bir dövlət qurumu, hər bir vətəndaş öz fəaliyyəti ilə cənab Prezidentin həyata keçirdiyi islahatlara dəstək verməli, həmin islahatları öz fəaliyyətində tətbiq etməlidir. Çünki ölkə başçısının həyata keçirdiyi islahatlar dövlətimizin və xalqımızın maraqlarına xidmət edir.” Bu fikirləri  Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov söyləyib.

Hikmət Şikarov qeyd edib ki, cənab İlham Əliyevin Prezidentliyi dövründə dövlətçiliyin əsasları ciddi şəkildə möhkəmlənib, ölkəmizin qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. Ötən bir il ərzində də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə çox dərin məzmunlu islahatlar həyata keçirilib, sosial sferada inqilabi qərarlar qəbul olunub. Belə ki ötən illərdə olduğu kimi 2019-cu ildə də Azərbaycan ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib. Bütün bunlar isə ölkədaxili vəziyyəti və cənab Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillərdir.

Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistanın təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin bərpa olunması, sayı bir milyona çatan və uzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, eləcə də diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Təbii ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli şəkildə həllini tapması üçün diplomatik cəhdlərini uğurla davam etdirsə də, Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi problemin həllinə mane olur. İşğalçı ölkə bu gün də bu mövqeyindən əl çəkmir. Bu ölkənin rəhbərliyi yaxşı anlayır ki, münaqişə beynəlxalq hüquq normaları əsasında gec-tez həll olunacaq, işğal olunmuş torpaqlar geriyə qaytarılacaq. Əks halda Azərbaycan bunu öz imkanları ilə həll edəcək. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli siyasət həyata keçirir, prinsipial mövqe nümayiş etdirir. Bu isə işğal altında olan torpaqlarımızın azad ediləcəyinə dair əminlik yaradır. Çünki xalq öz Prezidentini, Onun həyata keçirdiyi siyasəti dəstəkləyir və xalq-hakimiyyət birliyinin olduğu yerdə isə qələbə labüddür! 

Azərbaycan xalqı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun davamına birmənalı dəstəyini göstərməkdədir. İlk növbədə, bu gün heç bir postsovet məkanında Azərbaycanda olduğu qədər xalq-dövlət vəhdətinin, sarsılmaz birliyinin olmadığını xüsusilə qeyd etməliyik. Çünki Prezident İlham Əliyev şəksiz lider olaraq qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gəlir, xalqına verdiyi bütün vədləri reallaşdırır. Prezidentin xalqın etimadını doğrultmasını ilk növbədə verilən vədlərin reallaşması, həyata keçirilən böyük işlər sübuta yetirir. Beləliklə, Prezident İlham Əliyev 16 ildə göstərdiyi fəaliyyətlə Azərbaycan siyasətində alternativinin olmamasını sözün həqiqi mənasında sübuta yetirdi. Ötən 16 il cənab İlham Əliyevin “Mən hər bir azərbaycanlının prezidenti olacağam” bəyanatı sözün həqiqi mənasında təsdiq olundu. Ölkə başçısı 2003-cü ildə prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın cənab Prezidentə inamını və güvənini daha da artırıb. 

Fürsətdən istifadə edərək güclü Liderimizə uzun ömür, cansağlığı, ağır və yorulmaz fəaliyyətində davamlı uğurlar arzu edirəm