YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: İnkişafın fundamental əsaslarından ən birincisi təhsildir

“Bütövlükdə,  inkişafın fundamental əsaslarından ən birincisi təhsildir. Tarix boyu xalqlar yalnız elm və təhsil sayəsində inkişafa nail ola biliblər. Bu gün də müasir cəmiyyətin inkişafı, iqtisadiyyatın tərəqqisi, bütövlükdə həyatın müasirləşməsi bilavasitə təhsillə, insanların biliklərinin inkişaf etdirilməsi, bütövlükdə insan kapitalı ilə əlaqədardır”. Bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər” mövzusunda konfransda deyib.

Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, insan kapitalının inkişaf etdirilməsi həyata keçirilən siyasətin başlıca qayəsini, strateji məqsədini və hədəfini  təşkil edir. Onun sözlərinə görə, son illər təhsilin inkişafı ilə bağlı böyük layihələr həyata keçirilir, məktəblər tikilir, təhsilin məzmununun yüksəldilməsi istiqamətində islahatlar aparılır: “Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə təhsilə nə qədər böyük önəm verildiyinin bariz ifadəsidir”.