YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini: İnanırıq ki, seçkilərdə qalib gəlmiş YAP üzvləri bələdiyyələr vasitəsilə xalqa layiqli xidmət edəcək və ölkəmizin ümumi inkişafına öz töhfələrini verəcəklər

“Azərbaycanda  keçirilən bələdiyyə seçkilərində xeyli sayda namizədlər iştirak edib. Yeni Azərbaycan Partiyası bu sekilərdə öz namizədləri ilə iştirak edərək  fəal seçki kampaniyası apardı”. Bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki,  Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə və partiyanın müşahidəçilərinin verdiyi məlumatlara əsasən, YAP-ın namizədlərinin əksəriyyəti seçicilərin səsini qazanıb.

 “Bu əminliyi ona görə səsləndirirəm ki, Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin inkişafı, iqtisadiyyatımızın artması, insanlarımızın rifahının yüksəlməsi vətəndaşlarımız tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir və bu amil  iqtidara, hakim partiyaya vətəndaşların münasibətinin daha da yüksəlməsinə gətirib çıxarır”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

 YAP-ın təmsilçilərini əldə etdikləri qələbə münasibəti ilə təbrik edən Əli Əhmədov əminliyini bildirib ki, seçkilərdə qalib gəlmiş partiya üzvləri bələdiyyələr vasitəsilə  Prezident İlham Əliyevin siyasətinin yerlərdə reallaşdırılması üçün fədakarlıq nümunələrini göstərəcək, xalqa layiqli xidmət edəcək və ölkəmizin ümumi inkişafına öz töhfələrini  verəcəklər. 

DİGƏR Xəbərlər Arxiv