YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Simonetta Sommaruqaya təbrik məktubu göndərib

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Simonetta Sommaruqaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Sommaruqa, İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycan ilə İsveçrə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində səylərimizi davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Yeni, 2020-ci ilin gəlişi münasibətilə Sizə təbriklərimi və ən xoş arzularımı yetirirəm".