YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Bərdə rayon təşkilatında bələdiyyə üzvülüyünə qadın namizədlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatında bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş  qadın namizədlərlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində, respublikamızın inkişafı sürətlənıb və hər bir vətəndaş bunu öz həyatında hiss edir. O, qeyd edib ki, ölkəmizin ümumi inkişafına öz töhfəsini verən Yeni Azərbaycan Partiyasının resurslarının güclənməsi də, məhz keçirilən seçkilərdə öz təsdiqini tapır.

Təşkilat sədri deyib ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb. "Xalq üçün" şüarı ilə bələdiyyə seçkilərində iştirak edən Yeni Azərbaycan Partiyası seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. F.Şadliskaya söyləyib ki, bələdiyyə seçkiləri ölkəmizin siyasi həyatında mühüm yer tutur və biz inanırıq ki, seçicilərimizin hər biri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

Görüşdə YAP Bərdə rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, bələdiyyə üzvlüyünə namizədlər Sarıtel Ələsgərova, Tamam Hüsüzadə, gənc seçici Şəmsiyyə Abbaszadə çıxış edərək Azərbaycanda son 20 il ərzində bələdiyyə institutunun inkişaf yolu keçdiyini və bu seçki prosesində də qadınların rolunun mühüm olduğunu bildiriblər. Onlar qarşıdan gələn bələdiyyə seçkilərində qadın namizədlərin say çoxluğunun iş prosesində və həyata keçiriləcək layihələrin müsbət nəticələrlə tamamlanmasında böyük rol oynayacağına əminliklərini ifadə ediblər.