YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Qaradağda YAP-ın namizədləri dəstəklənəcək

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Qaradağ rayonunun Qızıldaş qəsəbəsində YAP tərəfindən namizədliyi irəli sürülmüş nümayəndələrlə seçicilərin görüşü keçirildi.

Görüşdə YAP-ın Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov çıxış edərək partiya tərəfindən namizədliyi irəli sürülən namizədləri ayrı-ayrılıqda seçicilərə təqdim etdi.

Bildirdi ki, fəalyyəti ərzində xalqın etimadını əməli işi ilə doğruldan partiyamız bələdiyyə seçkilərinə də ciddi hazırlaşaraq növbəti dəfə seçicilərin yekdil səsini qazanmaq fikrindədir. Çünki hər bir siyasi partiyanın cəmiyyətdə rolu seçkilər prosesində özünü göstərir.

Ölkəmizdə bələdiyyə fəaliyyətinin genişləndiyinə toxunan təşkilatın sədri bunu görülən işlərlə əlaqələndirdi.  Bildirdi ki, seçkilərdə növbəti dəfə fəallıq göstərməklə istədiyiniz namizədə səs verə bilərsiniz. Çünki ölkəmizdə mövcud olan demokratik mühüt buna hərtərəfli şərait yaradır.

Bələdiyyə üzvlüyünə namizəd olan nümayəndələr çıxış edərək öz platformaları barədə ətraflı məlumat verməklə seçicilərin suallarını cavablandırdılar. Seçicilər isə seçimlərini əvvəlcədən müəyyənləşdirdiklərini və YAP-ın namizədlərinə yekdilliklə səs verəcəklərini bildirdilər.