YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə təşkilatında ilk dəfə səs verəcək seçicilər və partiya tərəfindən namizədlikləri irəli sürülmüş gənclərlə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədr müavini, millət vəkili Xanlar Fətiyev, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva çıxış edərək son illər ölkəmizdə aparılan islahatlardan, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə partiyanın dövlətimizin inkişafına verdiy mühüm töhfələrdən danışıblar. Natiqlər dövlət Başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq, gənclərin idarəetmə orqanlarında və seçki proseslərində iştirakının artdığını qeyd ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığı, hər zaman öndə getdiyi vurğulanıb, əminliklə qeyd edilib ki, 23 dekabr 2019-cu il tarixdə Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyasına etimad göstərərək ən layiqli namizədlərə səs verəcəklər.

İlk dəfə səsvermə hüququ qazanan gənclər səsvermə qaydaları ilə bağlı suallar səsləndirib və YAP tərəfindən irəli sürülmüş namizədlərə uğurlar arzulayıblar.