YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin bələdiyyə seçkilərinə hazırıqla əlaqədar ümumrespublika müşavirəsi keçirilmişdir

Noyabrın 29-da  Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin bələdiyyə seçkilərinə hazırıqla əlaqədar ümumrespublika müşavirəsi keçirilmişdir.

Müşavirədə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat  kampaniyasının yüksək səviyyədə təşkil edilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

Qeyd edilmişdir ki, YAP bələdiyyə seçkiləri  kampaniyasının ötən mərhələlərini uğurla başa vurub, imzatoplama prosesini yüksək fəallıqla  həyata keçirib. Seçki qərargahının və partiyanın yerli strukturlarının səmərəli fəaliyyəti nəticəsində partiya tərəfindən irəli sürülən təxminən 15 min nəfər partiya üzvü dairə seçki komissiyaları tərəfindən bələdiyyə üzvlüyünə namizəd kimi qeydiyyata alınıb.

Müşavirədə partiyanın yerli strukturlarının qarşıda duran vəzifələrin yerinə yetirilməsi məqsədilə səfərbər edilməsi və seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün digər zəruri tapşırıq və tövsiyyələr verilmişdir.

Müzakirələrdə belə bir əminlik ifadə olunmuşdur ki, YAP tərəfindən irəli sürülən namizədlər qarşıdan gələn  bələdiyyə seçkilərində seçicilərin yüksək etimadını qazanacaq və növbəti mərhələdə  də partiyamzı təmsil edən nümayəndələr regionlarda fəaliyyət göstərən bələdiyyələrin işində, yerli məsələlərin həllində yaxından iştirak edəcəklər.