YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Azərbaycana qarşı təzyiq cəhdləri eyni mərkəzdən idarə olunur

«Avropa Parlamentinin sədri  Martin Şultsun və digərlərinin ölkəmiz haqqında tənqidləri əsassızdır». Bu fikirləri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib. Ç.Qənizadə bildirib ki, bütün bunlar Azərbaycana qarşı təzyiq cəhdlərinin eyni mərkəzdən idarə olunduğunu göstərir. Onun sözlərinə görə, bu cəhdlər iflasa məhkumdur.

«Təəssüf ki, bu açıqlamalarda 5-6 adamın adı çəkilir ki, dövlət hansısa addımları atmağa məcbur olsun. Amma qanun hamı üçün qanundur və heç kəs ayrı-seçkiliyə məruz qala bilməz. Sanki bu adamlar vaxtilə həmin təşkilatlara xidmət edib. Ona görə də, indi bu təşkilatların rəhbərləri ölkəmizi əsassız tənqid etməklə onların xidmətlərinin əvəzini verirlər. Biz dəfələrlə demişik ki, əgər Avropa təşkilatları həqiqətən, insan hüquqlarının keşiyində dayanıblarsa, ilk növbədə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz torpaqlarından didərgin düşmüş yüzminlərlə insanın hüquqlarının bərpa olunması yönündə addımlar atmalıdırlar»- deyə, Ç.Qənizadə qeyd edib.