YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: 2020-ci ildə BTQ ilə yük daşımalarının həcmi 15 milyon tondan çox olacaq

Gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yük daşımalarının illik həcmi 15 milyon tondan çox olacaq.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbir və TRACECA Beynəlxalq komissiyasının Daimi katibliyinin 16-cı iclasında deyib. /Trend/

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars ölkələr arasında əlaqələrin genişlənməsində böyük rol oynayır: “Hazırda bu marşrutla yük daşımalarının həcmi ildə 6 milyon ton, sərnişin daşımaları 1 milyon nəfərə bərabərdir”.